• USD 1,7025 0,00% EUR 1,8495 -0,38%
    • GBP 2,1978 +0,31% RUB 0,0299 0,00%

Skudetto üçün son şans - VIDEO

  • İdman
  • 2 Mart 2015 16:55
  • 393 Baxış
Skudetto üçün son şans - VIDEO

Bu gün A seriyasında çempionluğun taleyinə böyük ölçüdə təsir edəcək bir matç keçiriləcək.

Publika.az xəbər verir ki, 25-ci turun son qarşılaşmasında İtaliya çempionu “Yuventus” paytaxtda “Roma”nın qonağı olacaq.

Ötən mövsümün sonunda “Qoca sinyora”dan 17 xal geri qalan “Roma” yenə turinlilərin ən yaxın izləyicisidir. Bu dəfə liderdən 9 xal geri qalan “Canavarlar” meydana yalnız qələbə üçün çıxacaq. Skudetto uğrunda mübarizədən qopmamaq üçün başqa çıxış yolu da yoxdur.

“Kalçopoli” qalmaqalından sonra tədricən toparlanan və son illərdə qazandığı 3 skudettoyla İtaliyada qarşısıalınmaz komandaya çevrilən “Yuventus” ardıcıl 4-cü titula doğru inamlı addımlarla irəliləyir. “Roma”nın qeyri-sabit çıxışı sayəsində cari mövsümdə də çempionluğa ən real namizəd məhz “Yuve”dir.

Birinci dövrədəki qarşılaşma olduqca maraqlı, dramatik və məhsuldar alınmışdı. “Yuventus”un doğma divarlar arasında vurduğu 3 qoldan ikisinin əvəzini çıxan paytaxt təmsilçiləri məğlubiyyətlə üzləşmişdi. Ümumiyyətlə, bu klubların son 5 duelində heç-heçə qeydə alınmayıb. İki dəfə “Roma”, üç dəfə isə “Yuve” sevinib. “Ağ-qaralar” qələbələrdən birini səfərdə qazanıb. “Canavarlar” isə hər iki qələbəni evində, özü də 1 topla əldə edib. Cari mövsümdə “Olimpiko”da məğlub olmayan paytaxt təmsilçiləri çempionu da burdan əliboş yola salacaqmı?

Hər halda, “Roma” 14, “Yuve” 15 turdur məğlubiyyət tanımır. Ancaq “Qladiatorlar” göstərilən müddətdə 6 qələbə qazandığı halda, “Qoca sinyora” aktivinə 10 qələbə, 5 heç-heçə yazdırıb.

“Roma” çempionluq intriqasının ölməməsini, 2-ci pillədə yerini rahatlamaq, hətta qarşıdakı turlarda “Yuventus”un yaşayacağı xal itkilərindən faydalanmaq istəyirsə, bu oyundan mütləq 3 xal toplamalıdır. Əlbəttə, onlara nisbətən turinlilər meydana daha rahat çıxacaq. Aradakı xal fərqi bunu şərtləndirir. Erkən qol daha zövqlü futbol izləmək şansımızı artıracaq. Futbol həvəskarları bu gecə yuxusuna haram qatsa, peşman olmaz.

Pərviz Hikmət

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR