• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Üzüsulu getməyə qərar verdi

  • İdman
  • 2 Mart 2015 20:14
  • 411 Baxış
Üzüsulu getməyə qərar verdi

"Feyenoord"un Hollandiya çempionatında işləri qaydasında getmir. Bu üzdən baş məşqçi Fred Rutten mövsümün sonunda klubla yollarını ayıracaq.

Publika.az xəbər verir ki, bu barədə holland məşqçinin özü məlumat verib.

Mövsümün sonunda Hollandiya klubuyla müqaviləsi başa çatacaq Rutten rəhbərliyə yeni müqavilə imzalamaq istəmədiyini bildirib.

"Feyenoord”un direktoru Martin Van Qil 52 yaşlı mütəxəssislə işbirliyini davam etdirmək istədiklərini, ancaq baş məşqçinin qərarına hörmətlə yanaşdıqlarını deyib.

Xatırladaq ki, daha öncə "Tvente", PSV, "Vitesse" və "Şalke" kimi klublarda çalışmış Rutten keçən il "Feyenoord"un baş məşqçi vəzifəsinə gətirilib. Cari mövsümdə Eredivizayada 25 turdan sonra 45 xal toplayan Rotterdam klubu 4-cü pillədə qərarlaşıb və yeni ildə qeyri-sabit çıxışı onları ÇL-ə vəsiqədən xeyli uzaqlaşdırıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR