İtaliyada çadralı hakim - FOTO
Bizi izləyin

İdman

İtaliyada çadralı hakim - FOTO

İtaliyada çadralı hakim

İtaliyada gənc futbolçulardan ibarət komandalar arasında təşkil olunan futbol turnirində hakimlik edən Cahidə Sekkafi dünya mediasının diqqətini çəkib.

Publika.az xəbər verir ki, Mərakeş əsilli qadın hakim futbol tarixinə düşüb.

Belə ki, müsəlman xanım meydana hicabla çıxıb və "San Luigi di Pizzighettone" - "Stradivari di Kremona" matçını idarə edib.

İtaliyanın Şimalındakı Kremona şəhərində yaşayan 16 yaşlı Sekkafi hakimlik kursunu uğurla başa vurub. İtaliya Hakimlər Birliyi onun hicabla oyun idarə etməsinə icazə verdiyindən, iki gün öncə ilk dəfə yaşıl meydana çıxıb.

Kremona Hakimlər Birliyinin rəhbəri Canmario Marinoni Cahidənin ilk matçda bir az həyacanlı olduğunu bildirib. Onun sözlərinə görə, 16 yaşlı hicablı hakim həm həvəsli, həm də istedadlıdı. Marinoni deyib ki, Sekkafinin ilk işi uğurlu alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm