“Canavarlar” “Qoca sinyora”ya bata bilmədi - VİDEO
Bizi izləyin

İdman

“Canavarlar” “Qoca sinyora”ya bata bilmədi - VİDEO

Dünən A seriyasında 25-ci tura yekun vuruldu. Turun son qarşılaşması həm də mərkəzi xarakter daşıyırdı. “Olimpiko”da “Yuventus”u qəbul edən “Roma” liderlə aradakı xal fərqini “əritmək” üçün qələbə qazanmaq arzusundaydı.

Publika.az xəbər verir ki, Avropanın ən güclü çempionatlarından birinin aparıcı klubları arasındakı oyun o qədər də baxımlı alınmadı. İlk hissədə azarkeşlər əlahiddə bir şey görmədi. Meydanda ehtiyatlı oyun, mənasız top uğrunda mübarizə diqqət çəkirdi. Fasilədən sonra bir az canlanma oldu. Əks-hücumların birində “Roma”nın müdafiəçisi Torosidis ikinci sarı vərəqə alaraq, meydandan qovuldu.

Cərimə zərbəsindən Teves gözəl qol vurdu. Sonra turinlilər yenə sakitləşdi və hesabı qorumağa çalışdı. Və bunun acısını çəkdi. Meydan sahibləri hesabı bərabərləşdirəndən sonra daha da ruhlandı. Amma “Qoca sinyora” paytaxtı əliboş tərk etmədi. “Yuventus”la aradakı xal fərqini azalda bilməyən “Roma”nın çempionluq mübarizəsinə müdaxilə etmək arzusu ürəyində qaldı.

Mövsümün sonuna 13 tur qalmış 9 xallıq fərqi qoruyan “Yuve” titulu qorumağa çox yaxındır.

Roma - Yuventus 1:1

Keyta, 79 - Teves, 64.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm