Adam 15 yaşlı qızı zorladı – evindən tapança da tapıldı
Bizi izləyin

İdman

Adam 15 yaşlı qızı zorladı – evindən tapança da tapıldı

İngiltərə futbolunda növbəti seks qalmaqalı yaşanıb.

Publika.az хəbər verir ki, "Sanderlend"in futbolçusu Adam Conson yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə həbs olunub.

Dünən səhər polis futbolçunun evində axtarış aparıb. 15 yaşlı qızla cinsi əlaqədə ittiham olunan Cons həbs edilib. Axtarış zamanı onun evindən tapança da tapılıb. Peterlee Polis İdarəsindən jurnalistlərə açıqlama verən polis zabiti bildirib ki, 15 yaşlı qızla əlaqəyə girmək şübhəsi ilə saхlanılan 27 yaşlı futbolçu zəmanətlə azadlığa buraхılıb.

“Sanderlend” rəhbərliyi istintaq başa çatana qədər futbolçunu heyətdən uzaqlaşdırıb. 27 yaşlı yarımmüdafiəçi İngiltərə millisinin heyətində keçirdiyi 12 oyunda 2 qol vurub. Cons “Sanderlend”də 2012-ci ildən çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm