“Qarabağ”ın yeni transferi söz verdi - VİDEO
Bizi izləyin

İdman

“Qarabağ”ın yeni transferi söz verdi - VİDEO

2015-ci ildə ilk transferini rəsmiləşdirən “Qarabağ” dünən Dani Kintananı “rənglərinə bağladı”.

Publika.az xəbər verir ki, müqavilə imzalanandan sonra ispan futbolçu kamera qarşısına keçib. O, azarkeşlərə komanda üçün əlindən gələni edəcəyini söz verib:

"Bura əvvəl olduğum ölkələrdən fərqli bir yerdir. Demək olar ki, Bakı bir Avropa şəhəridir. Ümumiyyətlə, buradakı mühit xoşuma gəlir."Qarabağ"la yeni müqavilə imzaladığım üçün şadam.

Bilirəm ki, komanda Çempionlar Liqasına vəsiqə qazanmaq üçün əlindən gələni edir. Belə bir məqsədi olan komandanın şərəfini qoruduğum üçün şadam.

"Qarabağ" azarkeşlərinə demək istəyirəm ki, oynayacağım zaman onların ümidlərini doğruldacam. Çempionlar Liqasına gedəcəyimiz təqdirdə, komandam üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, D.Kintana dünən "Qarabağ"la üç illik müqavilə imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm