Əcnəbilər Azərbaycan çempionatına qiymət qoydular
Bizi izləyin

İdman

Əcnəbilər Azərbaycan çempionatına qiymət qoydular

Əcnəbilər Azərbaycan çempionatına qiymət qoydular

Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib. Publika.az xəbər verir ki, "transfermarkt" saytı Azərbaycan çempionatına 61 milyon 550 min avro qiymət qoyub.

Premyer Liqanın ən dəyərli klubu "Qəbələ"di. "Transfermarkt"ın 3.5 milyon avro qiymət qoyduğu Marat İzmayılovu heyətinə qatan komandanın ümumi dəyəri 12 milyon 150 min avrodu.

"Qəbələ"ni 8 milyon 700 min avro ilə "Qarabağ" izləyir. İlk "üçlüy"ü "Neftçi" qapayır. Son 3 mövsümün çempionunun ümumi dəyəri 7 milyon 725 min avrodu. "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı 200 min avro qabaqlayır.

Çempionatın ən ucuz klubu isə autsayder-1 milyon 900 min avro qiymət qoyulmuş "Sumqayıt"dı.

1. Qəbələ - 12.150.000

2. Qarabağ - 8.700.000

3. Neftçi - 7.725.000

4. Xəzər Lənkəran - 7.525.000

5. Bakı - 7.275.000

6. Simurq - 5.000.000

7. İnter - 4.925.000

8. Rəvan - 3.700.000

9. AZAL - 2.650.000

10. Sumqayıt - 1.900.000

Cəmi - 61.550.000

Oxumağa davam et
Reklam
Reklam

Gündəm