AFFA yenə klubları cəzalandırdı
Bizi izləyin

İdman

AFFA yenə klubları cəzalandırdı

AFFA İntizam Komitəsi bu gün növbəti iclasını keçirib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının sonuncu - 24-cü turunda baş verən qayda pozuntuları müzakirə edilib, qərarlar çıxarılıb.

24-cü turun "Qarabağ" - "Qəbələ" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Turun "İnter" - "Simurq" matçının 88-ci dəqiqəsində qonaqların futbolçusu Marko Stanojeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

"Xəzər Lənkəran" - "Bakı" oyununun 91-ci dəqiqəsində cənubluların futbolçusu Ağabala Ramazanov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

Oyunun 93-cü dəqiqəsində "Bakı"nın futbolçusu Pelagias Giorgios ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm