Dava, söyüş, axırda da get “dincəl”
Bizi izləyin

İdman

Dava, söyüş, axırda da get “dincəl”

U-16 liqasının oyununda dava düşüb.

Publika.az хəbər verir ki, "Xəzər Lənkəran" - "Sumqayıt" matçından sonra iki komandanın oyunçuları arasında gərginlik yaranıb.

AFFA İntizam Komitəsi dava-dalaşda iştirak edən "Sumqayıt"ın futbolçusu Orxan Əfəndizadəni, "Xəzər Lənkəran"ın üzvləri - Mirabbas Qədirli və Nəriman Mirzəzadəni 5 oyunluq cəzalandırıb.

U-19 liqasının "Xəzər Lənkəran" - "Qarabağ" matçının 90+1-ci dəqiqəsində isə Ağdam klubunun futbolçusu Rəşad Vəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəza alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm