Bakıya 4000-dən çox rəsmi şəxs gələcək – Loqo təqdim olundu
Bizi izləyin

İdman

Bakıya 4000-dən çox rəsmi şəxs gələcək – Loqo təqdim olundu

Bu gün “Heydər Əliyev Mərkəzi”ndə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə gimnastika növləri üzrə Birgə Açıq Azərbaycan Çempionatına (“Bakı Hazırlıq” adlı Test Turniri) həsr olunmuş mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə həmçinin Avropa Oyunlarının gimnastika növləri üzrə yarışların püşkatma mərasimi və Azərbaycan Gimnastika Federasiyasının yeni loqosu təqdim olunub.

Artıq AGF-nin loqosu Milli Gimnastika Mərkəzində yerləşdirilib. Belə ki, martın 4-6-da paytaxtımızda keçiriləcək Bakı-2015-ə test xarakterli yarışı qəbul edəcək idman qurğusunda Azərbaycan, Avropa Gimnastika İttifaqının bayrağı ilə yanaşı, qurumun yeni rəmzi də asılıb.

Mətbuat konfransında çıxış edən Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs O`Kallahan hər kəsi bu yarışları izləməyə və idmançıları dəstəkləməyə çağırıb:

"Burada çıxış etməkdən qürur hissi keçirirəm. Bu, idman tarixi və Azərbaycan üçün tarixi bir andır. Bundan sonra güləş və boks üzrə sınaq yarışları olacaq. İstəyirik ki, Azərbaycanda idman mədəniyyəti daha da inkişaf etdirilsin. İdman ictimaiyyəti üçün şəhərin hansı vəziyyətdə olduğunu görmək gözəl olacaq. Çünki 4000-dən çox rəsmi şəxs gələcək. İyunda Oyunların hansı şəraitdə keçiriləcəyi onlarda ilk təsəvvür yaradacaq. İstəyirik ki, hər kəs bu yarışları izləsin və idmançıları dəstəkləsin".

Qeyd edək ki, Gimnastika növləri üzrə Birgə Açıq Azərbaycan Çempionatı martın 4-də start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm