• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Çelsi” 43 yaşlı qapıçıya “elçi düşüb”

  • İdman
  • 4 Mart 2015 13:08
  • 468 Baxış
“Çelsi” 43 yaşlı qapıçıya “elçi düşüb”

Hazırda karyerasını davam etdirən futbolçular arasında ən yaşlılardan olan amerikalı qapıçı Bred Fridel 43 yaşında gözlənilməz bir təklif alıb.

Publika.az xəbər verir ki, Petr Çexin gedişi təsdiqlənərsə, “Çelsi” onun yerinə təcrübəli qapıçını almağı planlaşdırır.

Bred Fridel 1995/96 mövsümündə “Qalatasaray”da çıxış edib və 30 matçda qapıdan yalnız 12 qol buraxmışdı. 2011-ci ildən isə "Tottenhem"də forma geyinir.

Bundan əlavə, "Çelsi" nin baş məşqçisi Jose Mourinyo komandanın Petr Çexin transferindən yüksək gəlir əldə edəcəyini söyləyib.

Mourinyo Çex ilə bağlı verdiyi açıqlamada belə deyib: "Qərarı özü verəcək. Gələcəyi ilə bağlı ən yaxşı qərarı özü bilir və burada seçim onundur. Mən sadəcə gözləyəcəyəm. Qalmasını çox istəyirəm. Çexi razı salmaq üçün vaxt sərf edə bilmərəm. Çünki bilirəm ki, heç kim onu razı sala bilməz. Əgər mənə qalmaq və ya getmək istədiyini açıqlasa, mən də ona öz fikirlərimi açıqlayaram. O, dünyanın ən yaxşı üç qapıcısından biridir və gedərsə, böyük məbləğ qarşılığında ayrıla bilər".

Qeyd edək ki, 2004-cü ildə "Renn"dən transfer edilən Çex "Çelsi"nin heyətində üçü Premyer Liqada və biri Çempionlar Liqasında olmaqla 12 titul qazanıb.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR