İngiltərədə nəhənglərin günü
Bizi izləyin

İdman

İngiltərədə nəhənglərin günü

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, bu tur favoritlər üçün uğurlu alınıb. Çempionatın lideri “Çelsi” çətinliklə də olsa, “Vest Hem”dən 3 xal qopara bilib. Hazardın yeganə qolu komandaya qələbəni qazandırıb.

Mançester nəhəngləri də aktivinə 3 xal yazdırıb. “Mançester Yunayted” səfərdə “Nyukasl”ı bir qolla keçib. “Mançester Siti” isə çox güc sərf etmədən “Lester”dən üstün olub.

Son dövrlərin formada olan komandaları “Liverpul” və “Arsenal” da autsayderlərin öhdəsindən asanlıqla gəlib.

Premyer Liqa, 28-ci tur

3 mart

Aston Villa - Vest Bromviç 2:1

Aqbonlahor, 22. Benteke, 94-p - Berahino, 66.

Hall Siti - Sanderlend 1:1

N`Doye, 15 - Rodvell, 77.

Sautqempton - Kristal Pelas 1:0

Mane, 83.

4 mart

Mançester S - Lester 2:0

David Silva, 45. Milner, 88.

Nyukasl - Mançester Y 0:1

Yanq, 89.

KPR - Arsenal 1:2

Ostin, 82 - Jiru, 65. Aleksis Sançes, 70.

Stok Siti - Everton 2:0

Moses, 32. Diuf, 84.

Tottenhem - Suonsi 3:2

Çadli, 7. Mason, 51. Tounsend, 60 - Sunq-Yonq, 19. Siqurdsson, 89.

Vest Hem - Çelsi 0:1

Hazard, 22.

Liverpul - Bernli 2:0

Henderson, 29. Starric, 51.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm