İdman
Litvadan 60-dan çox idmançı gələcək
Litva Milli Olimpiya Komitəsində (LTOK) birinci Avropa Oyunlarına 100 gün qalmasını qeyd etmək məqsədilə görüş keçirilib.
Publika.az xəbər verir ki, Litva idmançıları, məşqçiləri, idman həkimləri və veteranlar 12-28 iyun tarixlərində Bakıda baş tutacaq, yaxınlaşmaqda olan ilk Avropa Oyunlarını qeyd etmək üçün LTOK ilə birlikdə yığıncağa qatılıblar.
"Şadam ki, ilk Oyunlarda Litvadan 60-dan çox idmançı iştirak edəcək" - deyə LTOK Prezidenti Daina Qudzinevicite bildirib və belə əlavə edib: "Nümayəndə heyətinə həm təcrübəli, həm də karyerasının başlanğıcında olan gənc idmançılar daxil olacaq. Bu yarışlar Avropa Oyunlarının ilk çempionu olmaq üçün yaxşı fürsətdir".
Hal-hazırda doqquz idman növü - 3x3 basketbol, üzgüçülük, boks, avarçəkmə, velosiped idmanı, gimnastika, sambo, çimərlik voleybolu və güləş – üzrə azı 57 litvalı idmançı Bakı 2015 kvalifikasiya standartlarının tələblərini ödəyib.
Litva Milli Olimpiya Komitəsi cüdo, badminton, stolüstü tennis, triatlon və atıcılıq üzrə də idmançıların kvalifikasiya qazanacaqlarına ümid edir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!