Norveç Bakı 2015-də üç medal qazanmağı hədəfləyir
Bizi izləyin

İdman

Norveç Bakı 2015-də üç medal qazanmağı hədəfləyir

Birinci Avropa Oyunlarına 99 gün qalıb və Norveç Bakıdan evə azı üç medalla qayıdacağına ümid edir.

"Məqsədimiz azı üç medal və bundan əlavə azı beş idman növündə son səkkiz komanda sırasına daxil olmaqdır". Publika.az xəbər verir ki, bu sözləri Norveçin Bakı 2015 nümayəndə heyətinin rəhbəri cənab Tore Ovrebo Norveç Olimpiya Komitəsinin bir hissəsi olan və ölkənin elit idmançılarının hazırlanmasına görə məsuliyyət daşıyan “Olympiatoppen”in saytında bildirib.

Cənab Ovrebo deyib ki, Norveçi güləş, karate, boks, velosiped idmanı, kamandan oxatma, triatlon və atıcılıq idman növləri üzrə təmsil edən idmançılar fəxri kürsüyə çatmaq üçün potensiala malikdirlər.

Rio 2016 Olimpiya Oyunları üçün atıcılıq və triatlon idman növləri üzrə kvota yerləri Bakı 2015-də qazanıla bilər.

"Norveç komandası üçün məqsəd Bakıda iki kvota yeri tutmaqdır," - deyə Ovrebo bildirib və belə əlavə edib: "Norveç komandası istedad səviyyəsi, ambisiya və yaş baxımından müxtəlifliyi ilə seçilir. Bəzi idman növləri Bakıya medal qazanmaq potensialı olan görkəmli idmançılarla gedir. Digərləri çempionat təcrübəsi qazanmaq və gələcək böyük ambisiyalar üçün bünövrə qoymaq üçün gedirlər".

Ovrebo sözünə belə davam edib ki, bu yarış həmçinin ölkənin bəzi gənc idmançıların inkişaf prosesinin bir hissəsinə çevriləcək: "Avropa Oyunları gənc idmançılar, xüsusən üzgüçülük idmanındakı azyaşlılar üçün müstəsna inkişaf arenası olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm