İdman
Bu son vida, bu son görüş – Tükürpədən görüntülər – VİDEO
Belçika çempionatının son turunda keçirilən “Brügge” - “Muskron” matçında (3:0) qeyri-adi hadisə yaşanıb.
Publika.az xəbər verir ki, 20 ildir sağalmaz xəstəlikdən əziyyət çəkdiyi üçün evtanaziya qərarı qəbul edən Lorenso Şonbert adlı azarkeş “Brügge”nin oyununu sonuncu dəfə izləyib.
Onun stadiona gəlməsindən xəbər tutan klub rəhbərliyi və azarkeşlər Lorenso üçün vida mərasimi təşkil ediblər. “Göy-qaralar”ın 42 yaşlı fanatı komandasının ev oyunlarını keçirdiyi “Yan Breydel” stadionunda dövrə vuraraq, azarkeşlərlə vidalaşıb. Tribunalarda açılan “Sən heç vaxt tək olmayacaqsan” pankartı isə Şonbertin kövrəlməsinə səbəb olub.
Lorenso daha sonra mətbuata qısa açıqlama da verib:
“Belə duyğusal vida gözləmirdim. Komandamın qələbə qazanması məni lap çox sevindirdi. Artıq rahatlıqla ölə bilərəm. Qələbə sevincini cənnətdə qeyd edəcəyimə ümid edirəm”.
Lorenso Şonbert bazar ertəsi müalicə aldığı xəstəxanada zəhərli iynəylə öldürülüb.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR