İdman
Dünya Kuboku yarışları başlayır
Martın 7-8-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri də iştirak edəcək.
Publika.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparacaq. B qrupunda isə Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayacaq.
Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin
rəhbərliyi altında 8 güləşçimiz heyətdə yer alıb. Yarışlarda
ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya
Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq),
Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova
(75 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, martın 7-də qrup görüşləri
keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük
uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq
dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!