• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident təqaüdcüsü olan gənclər üçün Peyntbol - tir yarışması keçirilib

  • İdman
  • 5 Mart 2015 16:34
  • 417 Baxış
Prezident təqaüdcüsü olan gənclər üçün Peyntbol - tir yarışması keçirilib

Bu gün “5 mart Bədən tərbiyəsi və idman günü”nün 10 illiyi münasibəti ilə Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tədris müəssisələrinin dəstəyi ilə Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının birgə əməkdaşlığı ilə peyntbol-tir yarışı keçirilib.

Publika.az xəbər verir ki, yarışın açılış mərasimi zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Sonra Azərbaycan silahlı qüvvələrinin orkestri tərəfindən ifa edilən dövlət himni səsləndirilib.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Polkovniki Nazim Əlibəyov, Azərbaycan Peyntbol Federasiyasının prezidenti, milllət vəkili Əli Hüseynli, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəsi müavini Rəşad Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Prezident təqaüdçüləri qrupunun rəhbəri Təbriz Raufoğlu çıxış edib.

Yarışmada Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan prezident təqaüdçüləri iştirak edib. Bütün iştirakçılara təşkilatçıların sertifikatı təqdim edilib.

Bu gün isə federasiyanın rəhbərliyi və nümayəndələri fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Səhidlər xiyabanını ziyarət etmişdir.

Qeyd: Hər il 5 mart Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyev məhz 5 mart 1995-ci il tarixində dünya və Avropa çempionatlarının bütün mükafatçılarını bir araya toplayaraq, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymaqla İdman Fondunu təsis etmişdi. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq, sağlam, savadlı, vətənpərvər gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir.

Məhz bundan qaynaqlanaraq 4 mart 2005-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyev 5 mart tarixinin Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi təsis edilməsi haqqında sərəncam imzalamışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR