Görünməyən tüpürcək
Bizi izləyin

İdman

Görünməyən tüpürcək

İngiltərə Premyer Liqasının son turu çərçivəsində baş tutan "Nyukasl" - "Mançester Yunayted" matçında xoşagəlməz hadisə yaşanıb.

Publika.az xəbər verir ki, "Qırmızı şeytanlar"ın müdafiəçisi Coni Evans aralarındakı mübarizədən sonra yerdə qalan "ağ-qaralar"ın hücumçusu Papis Sissenin üzərinə tüpürüb. Dərhal ayağa qalxan seneqallı futbolçu Evansa eyni şəkildə cavab verib.

Baş verənlər hakimin diqqətindən yayındığından, futbolçular cəzalandırılmayıb. Eyni zamanda, hər iki komandanın baş məşqçisi qarşılaşmadan sonra keçirilən mətbuat konfransında futbolçuların arasında yaşananlardan xəbərsiz olduqlarını bildiriblər.

İngiltərə Futbol Federasiyası baş verənlərlə bağlı araşdırmalara başlayıb. Federasiya baş verənləri təsdiqləyərsə, hər iki futbolçu 6 oyunluq cəzalandırıla bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm