• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Braziliyanın yenilənmiş heyəti

  • İdman
  • 6 Mart 2015 11:03
  • 661 Baxış
Braziliyanın yenilənmiş heyəti

Martın sonlarında FİFA-nın tərtib etdiyi təqvimə əsasən millilər meydana çıxacaq.

Publika.az xəbər verir ki, AÇ-2016-nın seçmə oyunlarıyla yanaşı, yoldaşlıq görüşləri də planlaşdırılır.

Braziliya millisini qaşıda iki yoxlama oyunu gözləyir. “Sambaçılar” Martın 26-da Parisdə Fransa və martın 29-da Londonda Çili millisiylə qüvvəsini sınayacaq. Artıq 23 nəfərlik heyət də məlumdur.

Braziliya millisinin baş məşqçisi Dunqanın yenilənmiş heyəti belədir:

Qapıçı: Cefferson (Botafogo/Braziliya), Marselo Qrohe (Qremio/Braziliya), Dieqo Alves (Valensiya/İspaniya);

Müdafiəçilər: David Luiz, Markinyos, Tyaqo Silva (hamısı - PSJ/Fransa), Miranda (Atletiko/İspaniya), Fabinyo (Monako/Fransa), Marselo (Real/İspaniya), Filipe Luis (Çelsi/İngiltərə), Danilo (Portu/Portuqaliya);

Yarımmüdafiəçilər: Luiz Qustavo (Volfsburq/Almaniya), Fernandinyo (Mançester S/İngiltərə), Elias (Korintians/Braziliya), Souza (San Paulu/Braziliya), Oskar, Villian (Çelsi/İngiltərə), Roberto Firmino (Hoffenhaym/Almaniya), Filippe Koutinyo (Liverpul/İngiltərə), Duqlas Koşta (Şaxtyor/Ukrayna);

Hücumçular: Neymar (Barselona/İspaniya), Dieqo Tardelli (Şandonq Lunenq/Çin), Robinyo (Santos/Braziliya).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR