Silahlı basqında 5 futbolçu yaralandı!
Bizi izləyin

İdman

Silahlı basqında 5 futbolçu yaralandı!

Nigeriya Premyer Liqasının son çempionu “Kano Pillars” klubunun avtobusu silahlı basqıya məruz qalıb.

Publika.az xəbər verir ki, içində futbolçuların da olduğu avtobus naməlum qrup tərəfindən güllə-baran edilib. Nəticədə 5 futbolçu yaralanıb.

Klubun rəsmi “Tvitter” hesabında qeyd olunur ki, martın 7-də mövsümün açılış oyunu üçün “Hartland” səfərinə yollanan “Kano Pillars” klubu Abacidən Overri şəhərinə gedərkən avtobus bir qrup silahlı soyğunçuların hücumuna məruz qalıb.

Basqın nəticəsində avtobusda yer alan 18-i futbolçu olmaqla, 25 nəfərlik sərnişin heyətindən beşi müqavimət göstərmək istəyərkən yaralanıb. Yaralanan futbolçular bunlardır: Qambo Muhammed, Reuben Oqbonaya, Eneji Otekpa, Murtala Adamu və Ubonq Ekpai.

Soyğunçular avtobusda olan qiymətli əşyaları götürərək aradan çıxıb. Xəsarət alan futbolçular Lokoja qəsəbəsi yaxınlığındakı xəstəxanaya çatdırılıb.

Hadisədən xəbər tutan Nigeriya Futbol Federasiyası “Kano Pillars” klubunun oyunu təxirə salmaq tələbini müsbət cavablayıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm