8 Mart günü İstanbul derbisi var – Tilsim qırılacaqmı?
Bizi izləyin

İdman

8 Mart günü İstanbul derbisi var – Tilsim qırılacaqmı?

Superliqada mövsümün ən önəmli matçlarından biri martın 8-də, Bakı vaxtı ilə 21:00-da Kadıköydə oynanacaq. Görüşü Türkiyənin FİFA dərəcəli referisi Cüneyt Çakır idarə edəcək.

Publika.az xəbər verir ki, futbolsevərlərin səbirsizliklə gözlədiyi “Fənərbağça” - “Qalatasaray” derbisi üçün satışa çıxarılan biletlər artıq bitib. Hər kəs çempionluq yolunda baş tutacaq bu vacib matçın qalibinin kim olacağını səbirsizliklə gözləyir.

İstanbul derbisi ərəfəsində hamını bir sual düşündürür: "Qalatasaray" “Şükrü Saracoğlu” sindromunu qıra biləcəkmi? Məsələ burasındadır ki, “Aslanlar” 15 ildən çoxdur Kadıköydə “krallıq” edə bilmir. İki komanda arasında “Şükrü Saracoğlu”dakı son 18 matçdan 12-də "Fənərbaxça" qalib gəlib, 5-i bərabərliklə nəticələnib. "Fənər"in bu müddətdə vurduğu 39 qola, "Qalatasaray" 13 qolla cavab verə bilib.

Baş məşqçinin özəl tapşırığı

“Qalatasaray”ın derbi öncəsi keçirdiyi məşqdə baş məşqçi Hamza Hamzaoğlunun Hamit Altıntopa olan xüsusi münasibəti diqqətlərdən yayınmayıb. "Sarı-qırmızılı" klub məşqləri tam heyətlə keçir. Bircə zədəli Melo yoxdur.

Hamzaoğlunun məşqdə Hamit Altıntopa xüsusi tapşırıqlar verdiyi diqqət çəkib. Hamitin son həftələrdə Selçuk İnanla olan uyğunlaşmasından məmnun olan Hamzaoğlu yarımmüdafiədə ötürmələrin intensiv olmasını istəyib.

“Fənər” azarkeşlərindən qorxmuram”

“Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyder Superliqanın 23-cü turunda qarşılaşacaqları "Fənərbaxça" ilə oyun haqda danışıb. Holland futbolçu "Fənərbaxça" azarkeşlərinin onu qorxutmadığını bildirib:

"Bazar günü yenidən Volkan Dəmirəllə üz-üzə gələcəm. Ona bu dəfə də qol vurmaq istəyirəm. Bu derbidə qələbə qazanmaq bizim üçün çox önəmlidir. "Qalatasaray"da oynadığım müddətdə rəqib haqda xeyli məlumat toplamışam. "Fənərbaxça"nın çox çılğın azarkeşləri olduğunu bilirəm. Ancaq onlar məni qorxutmur. Çünki karyeram ərzində belə fanatlar qarşısında çox oyunlar keçirmişəm".

Bildirək ki, “Fənərbaxça"nın UEFA müfəttişləri ilə əlaqə quraraq "Qalatasaray"ı UEFA-ya şikayət etdiyi də iddia edilir.

“Ən yaxşı biz oynayırıq, qalib gələcəyik”

“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal da diqqət çəkən açıqlamalar verib:

“Öz meydanımızda və azarkeşlərimiz qarşısında oynayacağıq. Onların enerjisi bizə kömək edəcək. Rəqib futbolçuların ayaqları əsəcək. Psixoloji üstünlük bizdə olacaq. Gülən tərəfin biz olacağına inanırıq. Komandama güvənirəm. Ən yaxşı futbolu biz oynayırıq. Statistika da bunu deyir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm