Türkiyədə “məşqçi qətliamı”
Bizi izləyin

İdman

Türkiyədə “məşqçi qətliamı”

Futbolun çox qəddar üzü var. Komanda qalib gələndə fərqlənən futbolçular qəhrəman sayılır, məğlub olanda birinci günahkar məşqçi olur. Bütün ölkələrdə bu tendensiya var. Türkiyədə isə daha amansızdır. Azarkeşlər bir tərəfdən, mətbuat da digər tərəfdən təzyiq göstərir.

Publika.az xəbər verir ki, cari mövsümdə 20-ci tura qədər Superliqada 12 məşqçi dəyişikliyi qeydə alınıb. “Trabzonspor”, “Konyaspor”, “Əskişəhərspor”, “Balıkəsirspor”, “Qalatasaray”, “Rizəspor”, “Sivasspor” və “Akhisar” klubları bir dəfə bu yola əl atıbsa, “Gənclərbirliyi” və “Ərciyəsspor” iki dəfə məşqçi dəyişikliyinə gedib.

Cəmi 8 klubda dəyişiklik olmayıb. “Beşiktaş”, “Fənərbaxça”, “Bursaspor”, “Başakşəhər”, “Mersin İY”, “Kasımpaşa”, “Karabükspor” və “Qaziantepspor” mövsümə başladığı baş məşqçilərlə də yollarına davam edirlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm