“Topaz”ın dəhşətli soyğunçuluğu-İnanılmaz faktlar-Araşdırma
Bizi izləyin

İdman

“Topaz”ın dəhşətli soyğunçuluğu-İnanılmaz faktlar-Araşdırma

“Topaz”ın dəhşətli soyğunçuluğu-İnanılmaz faktlar

Azərbaycanda futbola pul qoyuluşu edənlərin sayı kifayət qədər çoxdu.

Bunun da məntiqi nəticəsi olaraq, ölkədə futbola pul qoyuluşu qəbul edən “qara bazar” məntəqələrinin sayı həddindən artıq çox idi. “Topaz”ın fəaliyyətə başlaması ilə “qara bazar”ın da qara günləri başladı. Təkcə “Qara bazar”ınmı? Zaman göstərdi ki, “topaz”ın fəaliyyətə başlaması ilə proqnozsevərlərin də qara günləri başlayıb.

“Topaz”ın yeganə qeydiyyatdan keçmiş bukmeker kontoru olması proqnozsevərlərin hüquqlarının pozulması ilə müşaiyət olundu. “Topaz” monopolist fəaliyyətə üstünlük verərək, vətəndaşları soyub-talamaq yolu tutdu. Bunu faktlarla sübut edəcəyik.

Ancaq əvvəlcə onu xatırladaq ki, “qara bazar”ın fəaliyyət göstərdiyi vaxtda proqnozsevərlərin seçim imkanı daha geniş idi. Bu da əmsalların yüksək olmasını, proqnozsevərlərin qalib gəlmək üçün varinatlarının çox olmasını şərtləndirirdi. “Qara bazar”da fəaliyyət göstərən məntəqələr dünyanın məşhur bukmeker kontorlarının əmsallarını azaltmadan pronozsevərlərə təqdim edirdilər.

“Topaz”ın fəaliyyətində isə bunu görmədik. Düşünmək olardı ki, “topaz” müştəriləri cəlb etmək üçün məşhur kontorların əmsallarına yaxın əmsallar təkilf edəcək. Amma kontor ilk gündən elə fəaliyyət göstərdi ki, sanki cəmiyyətə “kiməsə qalib gəlmək şansı vermək fikirində deyiləm” mesajını verdi.

“Topaz”ın açıqladığı əmsallar əcnəbi kontorların əmsallarından kəskin şəkildə fərqlənirdi. Zaman keçdikcə bu əmsallar arasındakı fərqin azalacağına olan inam da itdi. Əksinə, daha da artmağa başladı. Bu gün “topaz” məntəqələrinə daxil olan azərbaycanlı proqnozsevər xaricdə hər hası bir kontora pul yatıran şəxsdən qat-qat az gəlir əldə edəcək. Hətta Azərbaycan çempionatının oyunlarında da.

Publika.az məsələnin tam aydınlaşması üçün oxucuların müzakirəsinə kiçik müqayisə təqdim edir.

Əvvəlcə Azərbaycan Premyer-Liqasının 21-ci turunda keçirilmiş 5 qarşılaşmaya “topaz”ın açıqladığı əmsallarla tanış olaq. Qeyd edək ki, “topaz” çempionatın rəsmi sponsorudu.

Simurq-İnter 2.70 3.00 2.25

Bakı-Neftçi 2.75 3.10 2.15

Qəbələ-Xəzər-L 1.80 3.10 3.60

Sumqayıt-Rəvan 2.15 3.10 2.75

Qarabağ-AZAL 1.25 4.60 7.30

İndi isə Azərbaycan çempionatının həmin qarşılaşmalarına “marathonbet” kontorunun açıqladığı əmsallara diqqət edək.

Simurq-İnter 3.30 3.20 2.25

Bakı-Neftçi 3.05 3.20 2.40

Qəbələ-Xəzər-L 2.05 3.25 3.80

Sumqayıt-Rəvan 2.40 3.30 2.95

Qarabağ-AZAL 1.40 4.70 7.60

İndi isə aydınlaşdıraq, deyək ki, Bakıda “topaz” məntəqəsinə daxil olan proqnozsevər Azərbaycan çempionatında 21-ci turun qarşılaşmalarında meydan sahiblərinin qələbəsinə 1 manat pul yatırıb. Belə olan təqdirdə, o, 35 manat 90 qəpik pul udacaq. Yəni, 34 manat 90 qəpik gəlir əldə edək.

Daha bir proqnozsevər isə Moskvada “marathonbet”in məntəqəsinə daxil olur və Azərbaycan çempionatının həmin qarşılaşmalarında meydan sahiblərinin qələbəsinə eyni miqdarda pul yatırır. Moskvadakı proqnozsevər 69 manat 30 qəpik udacaq. Yəni 68 manat 30 qəpik gəlir əldə edəcək. Bakıda-“Topaz” məntəqəsində pul qoyuluşu edən proqnozsevərdən 33 manat 40 qəpik, təxminən 2 dəfə artıq qazanacaq. “Topaz” sponsorluq etdiyi çempionatın oyunları zamanı azərbaycanlı proqnozsevərin hüququnu belə pozur. Bu, əsl soyğunçuluqdu.

Hələ bu harasıdır, gəlin başqa bir müqayisəyə də diqqət edək.

İtaliya çempionatının sonuncu turuna “topaz”ın açıqladığı əmsallar belə olub:

Milan-Bolonya 1.20 4.80 9.00

Fiorentina-İnter 1.90 3.20 3.20

Kataniya-Latsio 2.95 3.20 2.00

Yuventus-Kyevo 1.05 7.50 15.00

Kalyari-Livorno 1.60 3.50 4.10

Sassuolo-Napoli 5.00 3.80 1.45

Atalanta-Parma 2.25 3.10 2.60

Cenoa-Udineze 2.40 3.10 2.40

Roma-Sampdoriya 1.25 4.80 7.00

Verona-Torino 2.20 3.10 2.70

Bu da “marathonbet”in eyni qarşılaşmalara açıqladığı əmsal:

Milan-Bolonya 1.37 5.30 10.50

Fiorentina-İnter 2.14 3.50 3.80

Kataniya-Latsio 3.70 3.40 2.22

Yuventus-Kyevo 1.16 8.70 23.00

Kalyari-Livorno 1.83 3.40 5.70

Sassuolo-Napoli 6.80 4.10 1.60

Atalanta-Parma 2.76 3.10 3.05

Cenoa-Udineze 2.94 3.10 2.84

Roma-Sampdoriya 1.35 5.40 11.00

Verona-Torino 2.55 3.25 3.20

İki kontorun açıqladığı əmsallar arasındakı kəskin fərq ilk baxışdan diqqəti cəlb edir. Məsələn, “topaz” “Kyevo”nun “Yuventus” üzərindəki qələbəsinə “marathonbet”ə nisbətən 8 manat az təklif edir. Böyük fərqdi. Özü də olduqca böyük fərq. Bunun miqyasını daha dəqiq bilmək üçün Azərbaycan çempionatı ilə bağlı apardığımız müqayisəni İtaliya çempionatına da tətbiq edək.

Şərti olaraq hər iki kontorun açıqladığı əmsallara əsasən İtaliya çempionatının qarşılaşmalarında meydan sahiblərinin qələbəsinə 1 manat pul yatıraq.

1 manatı “topaz”a yatıran proqnozsevər cəmisi 839 manat udacaq. Yəni 838 manat gəlir əldə edəcək.

Ancaq həmin şəxs 1 manatını “marathonbet”ə yatırsa nə az, nə çox, düz 4374 manat udacaq. Yəni 4373 manat gəlir əldə edəcək. Fərq dəhşətlidi-3534 manat.

“Topaz” “marathonbet”dən 4 dəfə az məbləğ verir qalibə. Bu, “topaz”ın monopoliyasının ortaya çıxardığı dəhşətli faktlardan biridi. Belə çıxır ki, “topaz” Azərbaycan vətəndaşından aldığı 1 manatlıq “kupon”u rahat şəkildə “marathonbet”ə ötürür, ordan aldığı 4373 manatın 838 manatını vətəndaşa verir, qalanını isə özündə saxlayır. Qazanan qumarxana, itirən isə vətəndaş olur.

“Topaz” proqnoz bazarında tək olduqca vətəndaşların hüquqlarının pozulması prosesi də ardıcıl olacaq. Bu sahədəki prosesi tənzimləmək üçün Azərbyacanda yeni kontorların rəsmi fəaliyyətə başlaması vacibdi. Belə olan təqdirdə proqnoz bazarında sağlam rəqabət yaranacaq. Bu prosesdən isə qazanan vətəndaş olacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm