• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rövnəq Abdullayevdən stadionun çökməsi xəbəri ilə bağlı AÇIQLAMA

  • İdman
  • 6 Mart 2015 22:11
  • 2 647 Baxış
Rövnəq Abdullayevdən stadionun çökməsi xəbəri ilə bağlı AÇIQLAMA

"Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir. Dövlət komissiyası Bakı Olimpiya Stadionunun təhvil-təslim aktını imzalayıb".

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib. O bildirib ki, stadion Gənclər və İdman Nazirliyinə ən yüksək standartlara uyğun vəziyyətdə təhvil verilib. R.Abdullayev arenanın çökdüyü barədə xəbərləri təkzib edib: "Hamısı boş şeydir, şayiədir. Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir. Mən də bu şayiələri eşitdim. Bu, Azərbaycanda təşkil olunacaq nüfuzlu yarışa növbəti dəfə qara yaxmaq cəhdidir". Qeyd edək ki, Bakı Olimpiya Stadionunda ilk nüfuzlu tədbir iyunun 12-də keçiriləcək. Həmin gün I Avropa Oyunlarının açılış mərasimi təşkil olunacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR