Uzaqgörən Peres - Ronaldonu satmağa hazırlaşır
Bizi izləyin

İdman

Uzaqgörən Peres - Ronaldonu satmağa hazırlaşır

Madrid Realı ulduz futbolçusu Kriştianu Ronaldonu satmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu haqda “sport.es” portalı yazıb.

Portala komanda daxilindəki mənbələr xəbər verib ki, klubun prezidenti Florentino Peres imkan varkən Ronaldonun satışından xeyli qazanc əldə etmək istəyir. Çünki bu il Ronaldonun artıq 30 yaşı tamam olacaq. İllər keçdikcə onun transfer qiyməti aşağı düşəcək.

Üstəlik, ulduz futbolçunun aldığı zədələr gələcəkdə özünü göstərə bilər ki, bu da onun oyununa mənfi təsir edəcək.

Klub portuqaliyalını ya bu il, ya da gələn ilin yayında satacaq. Hələlik Ronaldonun “Real”la 2018-ci ilədək müqaviləsi var. Onun transferində isə bir çox klublar maraqlıdır. “Mançester Yunayted” ona görə 300 milyon avrodan keçməyə hazırdır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm