İdman
Qızıl da bizimdir, gümüş də
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında beynəlxalq Qran Pri turnirinin keçiriləcəyini xəbər vermişdik.
Publika.az xəbər verir ki, turnirin ilk günündə 57, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.
97 kq çəki dərəcəsində finalda yığmamızın iki üzvü qarşılaşıb. Olimpiya oyunlarının ikiqat bürünc medalçısı Xetaq Qazyumov ukraynalı Hleb Kutey, Slovakiya idmançısı Jozef Jaloviar, moldovalı Nikolay Çeban, yarımfinalda isə gürcü Omar Qusoşvilini məğlub edib. Bütün rəqiblərinə xal vermədən qalib gələn Xetaq finalda yığmamızın digər üzvü Şərif Şərifovla qarşılaşıb. Olimpiya çempionu Şərifov finala qədər qazaxstanlı Mamed İbrahimov, ABŞ təmsilçisi David Zabriske, Ukrayna güləşçiləri - Pavlo Oleynik və Valeri Andreytsevi mübarizədən kənarlaşdırıb.
Final qarşılaşması Qazyumovun 5:0 hesablı üstünlüyü ilə tamamlanıb. Bu nəticəylə Qazyumov qızıl, Şərifov isə gümüş medal qazanıb.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?