AFFA “qardaşlar”ın oyununu araşdırır
Bizi izləyin

İdman

AFFA “qardaşlar”ın oyununu araşdırır

AFFA “qardaşlar”ın oyununu araşdırır

"Simurq" və "İnter" arasında keçirilən oyunlar haqqında söz-söhbətlər səngimək bilmir. Artıq AFFA da bu oyunla bağlı araşdırmalara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə qurumun eksperti Rüstəm Rəhimov futbolinfo.az saytına məlumat verib: "AFFA araşdırmalar aparır. Bizim fikirlərimiz də həmin araşdırmada yer alıb. Onları biz deyə bilmərik. Bunlar məxfi şeylərdi".

Qeyd edək ki, Azərbyacan Premyer Liqasının XXII turunda baş tutan qarşılaşmada Zaqatala klubunun bilərəkdən "bankirlər"ə məğlub olduğu iddiaları var.

Hətta Georgi Çixradzenin bir neçə aparıcı futbolçusunu meydana buraxmamasının səbəbi "qardaş"lıqla əlaqələndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm