Premyer Liqada növbəti biabırçılıq - Anti-rekord
Bizi izləyin

İdman

Premyer Liqada növbəti biabırçılıq - Anti-rekord

Azərbaycan Premyer Liqasının 25-ci turu üçün azarkeş sayı açıqlanıb.

Publika.az xəbərverirki, turun ən çox tamaşaçı toplayan oyunu "Neftçi" - "İnter" matçı (0:2) olub. Bakıxanov qəsəbə stadionundakı oyuna 1500 azarkeş gəlib.

25-ci turun ən az maraq doğuran matçı isə AZAL - "Bakı" qarşılaşması (2:0) olub. Şüvəlandakı oyunda tribunalarda cəmi 200 azarkeş olub.

Turun digər qarşılaşmalarından "Qarabağ" - "Xəzər Lənkəran" oyununa (1:0) 1000, "Qəbələ" - "Sumqayıt" matçına (2:0) isə 300 tamaşaçı gəlib.

Ümumilikdə turun 4 oyununu 3000 azarkeş tribunalardan izləyibki, bu da hər oyuna orta hesabla 750 tamaşaçıdeməkdir. Bu göstərici cari mövsümüçün anti-rekorddur.Beləki, bundan öncə 13-cü turda ən aşağı nəticə qeydə alınmışdı. O vaxt turun 4 oyununu orta hesabla 775 azarkeş izləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm