• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avropada futbol həyəcanı: “Kral klubu” taxtdan düşdü, “Qalatasaray” yenə Kadıköydən əliboş döndü

  • İdman
  • 9 Mart 2015 13:03
  • 458 Baxış
Avropada futbol həyəcanı: “Kral klubu” taxtdan düşdü, “Qalatasaray” yenə Kadıköydən əliboş döndü

Həftəsonu Avropanın aparıcı liqalarında növbəti turların oyunları keçirilib.

Publika.az xəbər verir ki, İspaniya, Almaniya, İtaliya, Türkiyə və Fransa çempionatlarında maraqlı və gözlənilməz hesablar qeydə alınıb.

La Liqada lider dəyişikliyi baş verib. Bilbaoda gözlənilmədən “Atletik”ə minimal hesabla uduzan “Real” zirvəni “Barselona”ya verib. “Rayo Valyekano”nu darmadağın edən Luis Enrikenin komandasının fantastik yüksəlişinin axırı belə də olmalı idi. Bu oyunda het-trik edən Lionel Messi bombardirlər siyahısında Ronaldonu haqlayıb. İndi onların hesabında 30 qol var. Messi isə dayanmaq bilmir. Yeni ildə 10 oyunda meydana çıxan Leo 15 dəfə fərqlənib.

Son İspaniya çempionu “Atletiko” isə növbəti dəfə evində xalları bölüşdürərək tədricən çempionluq mübarizəsindən çəkilir. Bu dəfə “Valensiya”nın müqavimətini qıra bilməyən Dieqo Simeonenin yetirmələri liderdən 7 xal geri qalır.

Bundesliqada çempionluq intriqasının öldüyünü deyə bilərik. Yeni ilə inamlı başlayan “Volfsburq” gəlib-gəlib “Auqsburq”a uduzandan sonra “Bavariya” yenidən ən yaxın izləyicisindən 11 xal aralandı. Finişə 10 tur qalmış 11 xallıq fərqi aradan qaldırmaq mümkünsüz görünür.

Ardıcıl qələbələrlə təhlükəli zonadan uzaqlaşan Dortmund “Borussiya”sı “Hamburq”da dayandı. Şimallılar Yürgen Kloppun komandasının qələbə seriyasının artmasına imkan vermədi.

A seriyasından baş açmaq olmur. Burada elə bil heç kim çempionluq mübarizəsinə şərik olmaq istəmir. “Roma” səfərdə, “Napoli” evdə xal itirdi. Çempion və hazırki lider “Yuventus” isə bu gün meydana çıxacaq.

A seriyasında yeganə diqqətçəkən məqam bir neçə həftədən sonra “Parma”nın yenidən yaşıl meydanlara qayıdışı oldu.

Türkiyədə azərbaycanlı futbolsevərləri də yaxından maraqlandıran İstanbul derbisi keçirildi. İki əzəli rəqib “Fənərbaxça” və “Qalatasaray” “Şükrü Saracoğlu”da üz-üzə gəldi. 15 ildən çoxdu Kadıköydə qalib gələ bilməyən “Aslanlar” bu dəfə tilsimi qırmaq niyyətində idi. Oyundan əvvəl iddialı açıqlamalar verilsə də, “Fənər” növbəti dəfə kimin ev sahibi olduğunu göstərdi. Derbinin taleyini mövsümün sonunda Türkiyədən gedəcəyi gözlənilən Dirk Kuytun qolu həll etdi.

Bundesliqa, 24-cü tur

6 mart

Ştutqart - Herta 0:0

7 mart

Auqsburq - Volfsburq 1:0

Kor, 63.

Hamburq - Borussiya D 0:0

Hannover - Bavariya 1:3

Kiyotake, 25 - Xabi Alonso, 28. Müller, 62-p; 73.

Frayburq - Verder 0:1

Di Santo, 36.

Şalke - Hoffenhaym 3:1

Fuks, 12. Meyer, 41; 53 - Follan, 74.

Maynts - Borussiya M 2:2

Qeys, 73. Okazaki, 77 - Raffael, 26; 67.

8 mart

Köln - Ayntraxt F 4:2

Deyverson, 29. Risse, 72. Osako, 79. Uya, 82 - Meyer, 58; 93-p.

Paderborn - Bayer L 0:3

Papadopulos, 73. Son Honq-Min, 84; 93.

* * *

La Liqa, 26-cı tur

6 mart

Levante - Eybar 2:1

David Barral, 65. Kalu Uçe, 67 - Saul Barxon, 55.

7 mart

Deportivo - Sevilya 3:4

Riera, 28; 72. Peres, 93-p - Vitolo, 33; 52. Qameyro, 65-p. Sidney, 83-a/q.

Atletik B - Real M 1:0

Aduris, 27.

Elçe - Almeriya 1:0

Viktor Rodriqes, 6.

Qranada - Malaqa 1:0

İqnasio Kamaço, 57-a/q.

8 mart

Barselona - Rayo Valyekano 6:1

Luis Suares, 6; 91. Pike, 49. Messi, 57-p; 63; 68 - Bueno, 81-p.

Real Sosyedad - Espanyol 1:0

Kanales, 38.

Vilyarreal - Selta 4:1

Dos Santos, 41, Musaççio, 45. Vietto, 73. Moreno, 84 - Fernandes, 50.

Atletiko M - Valensiya 1:1

Koke, 33 - Mustafi, 78.

“Kordoba”–“Xetafe” oyunu bu gün keçiriləcək.

* * *

A seriyası, 26-cı tur

7 mart

Sampdoriya - Kalyari 2:0

De Silvestri, 33. EtoO, 72.

Milan - Verona 2:2

Menes, 41-p. Mekses, 47 - Toni, 18-p. Lopez, 95.

8 mart

Çezena - Palermo 0:0

Kyevo - Roma 0:0

Empoli - Cenoa 1:1

Barba, 65 - Nianq, 27.

Parma - Atalanta 0:0

Udineze - Torino 3:2

Di Natale, 17. Molinaro, 25-avtoqol. Vaque, 49 - Qualyarella, 15. Benassi, 69.

Napoli - İnter 2:2

Hamşik, 51. İquayn, 63 - Palasio, 72. İkardi, 87-p.

“Latsio”–“Fiorentina” və “Yuventus”–“Sassuolo” oyunları bu gün keçiriləcək.

* * *

Liqa 1, 28-ci tur

6 mart

Tuluza - Marsel 1:6

Ben Yedder, 77 - Batşuayi, 2; 44. Aloe, 6. Kana-Biyik 20-a/q. Ayyu, 78. Jinyak, 89.

7 mart

PSJ - Lans 4:1

David Luis, 43. İbrahimoviç, 60-p. Matuidi, 80. Pastore, 83 - Tuzqar, 68.

Bastiya - Nitsa 2:1

Jillet, 26. Sio, 68 - Karlos Eduardo, 18.

Kan - Bordo 1:2

Privat, 73 - Rolan, 69; 94-p.

Reyms - Nant 3:1

Burillon, 14. Mandi, 16. N`Qoq, 59 - Banqura, 77.

Renn - Mets 1:0

Ntep, 20.

Evyan - Monako 1:3

Soju, 78 - Martial, 18. Berbatov, 35. Ture, 60.

8 mart

Sent-Etyen - Loryan 2:0

Mollo, 74. Qradel, 89.

Genqam - Lill 0:1

Ru, 51.

Monpelye - Lion 1:5

Barrios, 6 - Lakazette, 30-p; 94. Fekir, 40; 72. Tolisso, 91.

* * *

Superliqa, 23-cü tur

6 mart

Kasımpaşa - Akhisar 2:2

Adem Büyük, 6. Skarione, 53 - Dvali, 65-a/q. Mezenqa, 75.

7 mart

Ərciyəsspor - Gənclərbirliyi 2:4

Silla, 66. Sərdar Gürlər, 91 - Qleb, 33. Landel, 44; 82. Mervan Çelik, 77.

Balıkəsirspor - Rizəspor 2:2

Ermin Zek, 4. Kulusiç, 48 - Karakaş, 76. Kveuke, 82.

Əskişəhərspor - Bursaspor 0:0

8 mart

Başakşəhər - Konyaspor 0:0

Sivasspor - Beşiktaş 0:1

Atiba, 44.

Karabükspor - Qaziantepsor 0:0

Fənərbaxça - Qalatasaray 1:0

Kuyt, 81.

“Mersin”–“Trabzonspor” oyunu bu gün keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR