Azərbaycan kanalında yayım qalmaqalı - Qarşılıqlı ittihamlar
Bizi izləyin

İdman

Azərbaycan kanalında yayım qalmaqalı - Qarşılıqlı ittihamlar

Azərbaycan kanalında yayım qalmaqalı

Fevralın 9-da Lənkəranda keçirilən “Xəzər-Lənkəran”-“Neftçi” oyununun yayımı ilə bağlı yaranan mübahisələri yəqin ki xatırlayırsınız.

Qeyd edək ki, həmin qarşılaşma yayımlanmamış, səbəb kimi də “Xəzər Lənkəran” rəhbərliyinin “İdman Azərbaycan” kanalından yayıma görə pul tələb etməsi göstərilmişdi.

Publika.z xəbər verir ki, yayımla bağlı daha bir qalmaqal gözlənilir. Fevralın 19-da Azərbaycan Premyer-Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Neftçi”-“İnter” qarşılaşması yayımlanmayacaq. Maraqlıdır, turun ən prinsipial, mərkəzi qarşılaşması bu dəfə niyə yayımlanmır. Bəlkə “Neftçi” də “İdman Azərbaycan”dan yayım üçün pul tələb edir?

Məsələni dəqiqləşdirmək üşün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Abbaszadə nəinki yayıma razı olduqlarını, hətta bunu tələb etdiklərini bildirdi:

“Turun iki mərkəzi matçı var, “Neftçi”-“İnter” və “Xəzər-Lənkəran”-“Bakı”. Deyək ki, “Xəzər-Lənkəran” ev oyununun yayımlanmasına icazə vermir. Bəs “Neftçi”? Biz nəinki icazə veririk, hətta ev oyunumuzun yayımlanmasını xahiş edirik. İnanmıram ki, “İdman Azərbaycan” kanalı oyun seçiminə belə biganə yanaşsın. Özüm uzun müddət televiziya işçisi olmuşam.

Proqram siyasəti var. Hər bir kanal istəyər ki, yayımladığı oyun daha çox tamaşaşı yığsın. Etiraf edək ki, “Neftçi”- “İnter” və “Xəzər-Lənkəran”- “Bakı” oyununa daha çox tamaşaçı baxar. Bizə də maraqlıdır ki, ev oyunumuz niyə yayımlanmır.

Fürsətdən istifadə edib, bir daha ev oyunumuzun yayımlanması üçün aidiyyatı qurumlara müraciət edirəm. “Neftçi”- “İnter” oyunu yayımlansın. "Neftçi"nin bu günə qədər bütün ev oyunları yayımlanıb. Birdən-birə belə qərarın verilməsi təəccüblü gəlməyə bilməz”.

PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məsələyə münasibət bildirməkdən yayındı: “Bunu “İdman Azərbaycan”dan soruşun. Yəqin ki, oyunlar eyni gündə olduğuna görə 2-sini verə bilirlər”.

“İdman Azərbaycan” kanalının əməkdaşı Tural Həmidzadə günahı “Neftçi”də gördü: “Bu oyunu yayımlamamağımız sırf vaxt problemi ilə bağlıdı.

“Neftçi”dən xahiş etdik ki, oyunun keçirilmə vaxtını 19:00-a təyin etsinlər. Amma onlar razılaşmadılar. “Neftçi”nin oyununu yayımlasaydıq, digər 2 qarşılaşmanın yayımını gerçəkləşdirmək mümkün olmayacaqdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm