Dəhşətli qəza: olimpiya çempionu dünyasını dəyişdi
Bizi izləyin

İdman

Dəhşətli qəza: olimpiya çempionu dünyasını dəyişdi

Fransa xalqı hüzn içindədir. Argentinada iki helikopterin toqquşması nəticəsində ölən 10 nəfərin arasında fransız idmançılar, o cümlədən üzgüçülük üzrə Olimpiya çempionu Kamil Muffa (Camile Muffat) da var.

Publika.az xəbər verir ki, qəzada ölənlərdən səkkizi Fransa vətəndaşıdır. K.Muffa ilə birlikdə boksçu Aleksis Vastin və yaxtaçı Florens Arto da dünyasını dəyişib.

Hadisə martın 9-da paytaxt Buenos-Ayresdən 1170 km şimal-qərbdə, La-Rioha əyaləti ərazisində baş verib. 100 metrə yaxın hündürlükdə iki helikopter toqquşub. Helikopterlərin sərnişinləri ekstremal şəraitdə yaşamağa həsr olunmuş realiti-şounun iştirakçıları olub. Toqquşmadan sağ çıxan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm