Bıçaq sümüyə dirəndi
Bizi izləyin

İdman

Bıçaq sümüyə dirəndi

"Real"ın uğursuz çıxışı komandanın baş məşqçisi Karlo Ançelottiyə inamı azaldıb.

Publika.az xəbər verir ki, klub rəhbərliyi italyan mütəxəssisin işindən narazıdı. "Atletik"ə məğlubiyyət onun nüfuzuna növbəti zərbə vurub. Uğursuzluq davam edəcəyi təqdirdə, böyük ehtimalla onunla yollar ayrılacaq.

İspaniya mətbuatı iddia edir ki, Ançelottinin taleyi "El Klasiko"dan asılıdır. Martın 22-də baş tutacaq böyük oyunda "Real" "Barselona"ya qalib gələ bilməsə, Ançelotti mövsümün sonunda nəticədən asılı olmayaraq, qovulacaq.

İspaniya mətbuatı iddia edir ki, Ançelottinin yerinə ən real namizəd Zinəddin Zidandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm