
"Bakı"nın U-14 komandasının baş məşqçisi Asif Abbasov hakimə əcaib təklif edib. Publika.az xəbər verir ki, baş məşqçi referidən bir futbolçu haqda verdiyi qərarı başqasının adına yazmağı tələb edib.
Belə ki, Abbasov U-14 liqasının "Bakı" - "Əlincə" oyununda 3 nömrəli futbolçuya verilən qırmızı vərəqənin 5 nömrəli futbolçuya yazılmasını istəyib.
Bu səbəbdən AFFA bu onun 1 il ərzində futbol fəaliyyəti ilə məşğul olmasına qadağa qoyub, "Bakı" 10000 manat cərimə olunub.
Qeyd edlək ki, hakim “Bakı” - “Əlincə” matçının 49-cu dəqiqəsində "Bakı"nın futbolçusu Fərid Nadirovu rəqibi təhqir etdiyinə görə meydandan qovub.