Bir qızıl, bir gümüş medal
Bizi izləyin

İdman

Bir qızıl, bir gümüş medal

Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turnirinə yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycan yığma komandası yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

İlk yarış günü 500 metr məsafəyə sprint növündə qızıl medal əldə edən Olqa İsmayılova 200 metrə mübarizədə də fəxri kürsüyə qalxmağı bacarıb. O yalnız yerli idmançıdan geri qalmaqla turnirin gümüş medalını qazanıb.

Digər idmançılarımıza gəlincə, ağır zədədən sonra yenidən məşqləri bərpa edən Sergey Omelçenko keyrində 5-ci, 200 metr məsafəyə sprint yürüşündə 8-ci olub.

Yığmamızın gənc üzvü Nicat Niftəliyev isə sprintdə 14-cü nəticə göstərib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm