Madriddə mənasız, Portuda mənalı qarşılaşma
Bizi izləyin

İdman

Madriddə mənasız, Portuda mənalı qarşılaşma

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Madriddə formal qarşılaşma

İlk görüşdə “Şalke”ni məğlub edən (2:0) “Real”ın bu matçda işi xeyli asan olacaq. Helzenkirhen təmsilçisinin heyətində xeyli sayda itkinin olması belə deməyə əsas verir. “Kral klubu” İspaniya La Liqasının son turunda “Atletik”ə məğlub olmasına rəğmən, bu görüşə tamam başqa əhval-ruhiyyədə çıxmağa çalışacaq. Deyək ki, möcüzə baş verdi, almanlar “Santyaqo Bernabeu”da iki qol vurdu. Bəs öz qapısını toxunulmaz saxlaya biləcəkmi? Bax, bu çətin məsələyə oxşayır.

Çempionlar Liqası, 1/8 final, cavab oyunu

10 mart

23:45 Real (İspaniya) – Şalke (Almaniya)

İlk oyun - 2:0

Stadion: “Santyaqo Bernabeu”.

Baş hakim: Damir Skomina (Sloveniya).

TV: Az.TV, NTV+futbol (Rusiya), NTV (Türkiyə).

Aralarındakı oyun: +3=0-0 (top fərqi – 11:2)

Cəzalı: Kevin-Prins Boatenq (Şalke).

Zədəli: Luka Modriç, Serxio Ramos, Xames Rodriges - Ralf Fermann, Fabian Qyefer, Yan Kirxhoff, Sead Kolaşinats, Dennis Aoqo, Yulian Draksler, Cefferson Farfan, Çinedu Obasi.

Optimal heyətlər

Real: Kasilyas - Karvahal, Varan, Pepe, Marselo - Lukas Silva, Kroos, İsko - Beyl, Benzema, Ronaldo.

Şalke: Vellenroyter - Hevedes, Matip, Nastasiç - Utida, Fuks - Noyştedter, Barnetta, Mayer - Şupo-Motinq, Huntelaar.

Daş qayaya rast gəlib

Digər görüşdə vəziyyət tamamilə fərqlidir. İlk oyunda “sülh”ə razılaşan “Portu”yla “Bazel”in (1:1) budəfəki oyunda hansı nəticəyə imza atacaqları maraq doğurur. Püşk atılarkən “Əjdahalar” cütün favoriti göstərilsə də, İsveçrədəki ilk qarşılaşma bütün proqnozları alt-üst etdi. Bu səbəbdən, bu komandalar arasındakı cavab görüşünün Madriddəki oyundan daha maraqlı keçəcəyini söyləmək olar.

“Portu” hazırda əla formadadır. “Əjdahalar” Portuqaliya çempionatında 6 oyundu qələbə qazanır. Amma əsas hücumçu Cekson Martinesin zədəli olması “Bazel”in işinə yaraya bilər. Son illər isveçrəlilər avrokuboklarda möhkəm kollektiv olduğunu göstəriblər. Elə ÇL-in qrup mərhələsində “Liverpul”u geridə qoyması buna bariz nümunədir.

Çempionlar Liqası, 1/8 final, cavab oyunu

10 mart

23:45 Portu (Portuqaliya) – Bazel (İsveçrə)

İlk oyun - 1:1

Stadion: “Draqao”.

Baş hakim: Yonas Eriksson (İsveç).

TV: İdman Azərbaycan, NTV+futbol 2 (Rusiya).

Aralarındakı oyun: +3=0-0 (top fərqi – 11:2)

Cəzalı: Marek Suxi (Bazel).

Zədəli: Cekson Martines - İvan İvanov, Matias Delqado.

Optimal heyətlər

Portu: Fabiano - Aleks Sandro, Maykon, Markano, Danilo - Kazemiro, Errera, Evandro - Braimi, Telyo, Abubakar.

Bazel: Vatslik - Djaka, Şer, Samuel, Safari - Fray, Elneni - Qonsales, Dzuffi, Qaşi - Ştreller.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm