ŞOK: Çempion qadın dilənçilik edir - FOTO
Bizi izləyin

İdman

ŞOK: Çempion qadın dilənçilik edir - FOTO

Qadınlar arasında taekvondo üzrə Rumıniya çempionu Mirela Stefanaçenin İsveçdə dilənçilik edir.

Publika.az-ın məlumatına görə, idmançı maliyyə böhranları ilə mübarizə aparmaq üçün İsveçdə yaxşı həyat arzusu ilə xəyallar quran minlərlə avropalıdan biridir. Xəyalının arxasınca İsveçə gəlmiş idmançı iş tapmadığına görə küçədə dilənməyə məcbur olub.

Yerli televizya kanallarından birinə verdiyi müsahibəsindən sonra onun hoteldə xadimə kimi işə götürüldüyü məlum olub.

“Həyatım tam dəyişdi. Burada dilənçilik etdiyim günləri heç vaxt unutmayacağam. İsveçdə yeni gələcək qurmaq istəyirəm”, - Mirela deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm