“Şalke” madridlilərin nəfəsini, “Əjdahalar” isveçrəlilərin səsini kəsdi - VİDEO
Bizi izləyin

İdman

“Şalke” madridlilərin nəfəsini, “Əjdahalar” isveçrəlilərin səsini kəsdi - VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları dünən keçirilən iki oyunla start götürüb.

Publika.az xəbər verir ki, Madriddə və Portuda baş tutan qarşılaşmaların nəticəsi gözlənilən oldu. Amma nəticə bəlli olana qədər baş verənlər isə...

1/8 finalın ən naməlum və maraqlı cütü “Real” – “Şalke” imiş. Düşünürdüz? Yəqin ki, yox. Hələ Helzenkirhendəki ilk qarşılaşmadan sonra çoxları Madriddəki matçı öz təxəyyülündə formallığa çevirmişdi. Ancaq almanlar bütün Avropaya sürpriz hazırlayıbmış. “Santyaqo Bernabeu”da 4 qol vurmağı kim bacarıb? Olsa-olsa, “Barselona”nın adını çəkmək olar.

“Şalke” az qala ÇL tarixinin növbəti supersensasiyasını gerçəkləşdirəcəkdi. Sensasiya oldu, amma supersensasiyaya 1 qol çatmadı. Roberto Di Matteo söz verdiyi kimi yetirmələri Madriddə kişi kimi futbol oynadı – cəsarətli, maraqlı, əzmkar. Buna görə helzenkirhenlilərə alqış düşür. Necə ki, “Santyaqo Bernabeu”da bunu azarkeşlərin “Real”ı fit sədaları altında yola salmasından başa düşmək olardı.

Bəs Portuda nə baş verdi? “Bazel”i “Əjdahalar”ın qarşısına az qala “Məlikməmməd” kimi çıxarırdı mətbuat. Amma “Draqao”da “Əjdahalar”ın əsl üzünü gördük. İsveçrə klubu tarixi uğurun bir addımlığında qaldı.

Real (İspaniya) – Şalke (Almaniya) 3:4 (ilk oyun 2:0)

Ronaldo, 25; 45. Benzema, 52 - Fuks, 20. Huntelar, 40; 84. Sane, 57.

Real: Kasilyas, Arbeloa (Naço, 83), Varan, Pepe, Koentrao (Marselo, 58), İsko, Kxedira (Modriç, 58), Beyl, Kroos, Benzema, Ronaldo.

Şalke: Vellenroyter, Nastasiç, Matip, Hevedes, Fuks, Heqer (Qoretska, 57), Noyştedter, Şupo-Motinq (Sane, 29), Mayer, Barnetta (Utida, 81), Huntelar.

Portu (Portuqaliya) – Bazel (İsveçrə) 4:0 (1:1)

Braimi, 14. Errera, 47. Kazemiro, 56. Abubakar, 76.

Portu: Freytas, Danilo (Martins İndi, 22), Maykon, Markano, Aleks Sandro, Errera, Kazemiro, Torres, Telyo, Abubakar, Braimi (Neveş, 74).

Bazel: Vatslik, Djaka, Şer (Embolo, 57), Samuel, Safari, El-Nenni, Fray (Kakitani, 63), Qonsales, Dzuffi, Qaşi (Kalla, 77), Ştreller.

Qırmızı vərəqə: Samuel, 90.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm