• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Formula-1” tarixinin ən qəribə və ağlasığmaz bolidləri - FOTOLAR

  • İdman
  • 11 Mart 2015 13:55
  • 514 Baxış
“Formula-1” tarixinin ən qəribə və ağlasığmaz bolidləri - FOTOLAR

“Formula-1” yarışlarının milyonlarla pərəstişkarı var. Bu yarışlarda rəqabət yüksək olduğundan, yürüşlərdə iştirak edən komandalar maşınları daim modernləşdirirlər. “Formula-1” tarixinin modernləşmə mərhələsində qeyri-adi və ağlasığmaz maşınlar çox olub. İndi onların əksəriyyəti “ömrünü” başa vurub.

Publika.az “F-1”-in 7 qeyri-adi avtomobilini təqdim edir.

“Tyrrell” P34

Şübhəsiz, “Formula-1”-in ən qəribə avtomobillərindən biridir. Bu avtomobil 6 təkərli idi. 4 kiçik təkərlər öndə, 2 böyük təkərlər isə arxada. Bu da müqaviməti aşağı salır, qabaq təkərlərlə ümumi bir ünsiyyət yaradırdı.

“Tirrell” kifayət qədər uğurlu avtomobil olub. Bu qəribə maşın 1976 və 1977-ci illərdə 30 dəfə Qran-pri turnirində start götürüb. Bir qələbə qazanıb və 13 dəfə pilotları podiuma gətirib.

“Williams” FW07D

Bu avtomobildə də altıtəkərli eksperiment aparılıb. Bolid FW07D Alan Cons tərəfindən 1981-ci ildə Doninqtonda sınaqdan keçirilib. Həmin vaxt avtomobildə 4 ötürücü arxa təkər də var idi. Sonradan bu layihə FW08B formatına çevrildi ki, onda da 6 təkər mövcud idi. Bu tip konstruksiyalı maşınlara FİA tərəfindən qadağa qoyulduğundan, “Uilyams” Qran-pri yarışlarında debüt edə bilmədi.

“March” 711

Bu, qəribəlikləri ilə yanaşı, ən gözəl maşınlardan biri idi. Maşının ön antiqanad hissəsi sörfinq lövhəsini və ya çay sinisini xatırladırdı.

Özünəməxsus estetikasına baxmayaraq, maşın çox sürətli idi. Ronni Peterson bu maşınla 5 podiumda yer aldı. 1971-ci ildə isə ümumi hesabda ikinci yeri tutdu.

“Ensign” N179

Bu anlaşılmaz avtomobil “F-1”-də 1979-ci ildən şütüməyə başladı. O, rəqabətədavamlı deyildi və burun hissəsindəki “asma nərdivan”a görə pis görünürdü. Mühərrik daim qızdığna görə, tezliklə N179 modernləşdirildi. Amma bu da kömək etmədi və maşından fayda gəlməyəcəyi bəlli oldu.

“Brabham” BT46B

Məşhur Qordon Marrinin “övladı”. Bolid arxa hissədə böyük ventilyatorlarla təchiz olunub. Niki Lauda bu maşınla İsveçdə keçirilən elə ilk yürüşdə qalib gəldi. Lakin mübahisə, etiraz və şübhələr ucbatından avtomobil qadağan olundu.

“Eifelland” 21

Cəmi bir mövsüm “yaşamış” daha bir avtomobil. Bu maşın 1972-ci ildə “March” 721-in əsasında hazırlanıb. Avtomobilin arxa görüntü üçün cəmisi bir güzgüsü var idi. Pilot Rolf Ştommelen bu maşınla 8 Qran-pridə start götürüb, 6 dəfə finişə çatıb. Ən yaxşı nəticəsi isə 10-cu yer olub. Bu maşın dünya çempionatları tarixində ən qeyri-adilərdən hesab olunur.

“Ligier” JS5

“Ligier” komandasının ilk bolidi. 1976-cı il mövsümündən başlayaraq istifadə olunurdu. Karikaturaçılardan biri onu çaydana bənzətmişdi. 16 yürüşdə 3 dəfə podiuma qalxıb. Komandaya 20 xal qazandırıb ki, bu da konstruktorlar kubokunda 5-ci yeri tutmağa imkan verib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR