UEFA ÇSKA-nı cəzalandırdı
Bizi izləyin

İdman

UEFA ÇSKA-nı cəzalandırdı

UEFA ÇSKA-nı cəzalandırdı

UEFA Moskvanın ÇSKA klubunu cəzalandırıb.

Publika.az xəbər veriri ki, ÇSKA avrokuboklar çərçivəsində bir qarşılaşmanı boş tribunalar önündə keçirəcək. Bundan əlavə, klub 50 min avro cərimə də edilib.

UEFA-nın sərt tədbirə əl atmasına səbəb ÇSKA azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Çexiya “Viktoriya”sı ilə oyunda irqçi şüarlar səsləndirməsi olub.

Qeyd edək ki, bu, azarkeşlərinin hərəkətinə görə Moskva klubunun cəzalanması ilə nəticələnən ilk olay deyil.

Ötən mövsüm rusiyalı azarkeşlər “Mançester Siti”nin futbolçusu Yaya Turenin ünvanına irqçi şüarlar səsləndirdiyinə görə, “Bavariya” ilə oyunda ÇSKA-nın stadionunun bir neçə tribunası bağlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm