• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Bir komanda ki künc zərbəsindən sonra 2 qol buraxır...”

  • İdman
  • 12 Mart 2015 10:49
  • 491 Baxış
“Bir komanda ki künc zərbəsindən sonra 2 qol buraxır...”

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk sensasiyası Londonda gerçəkləşdi. PSJ Joze Mourinyonun “Çelsi”sini mübarizədən kənarlaşdırmaqla böyük qəhrəmanlıq göstərdi.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Çempionlar Liqasında mübarizəni dayandırmağın əvəzini İngiltərə Premyer Liqasında çempionluqla ödəməyə borclu olduqlarını bildirib:

“Fikrimcə, rəqib layiqli qələbə qazandı. Bir komanda ki, künc zərbəsindən sonra 2 qol buraxır, o komanda qələbə qazanmağı haqq etmir. Meydanda bir artıq futbolçu ilə qalırsan və təzyiqə davam gətirə bilmirsənsə... Biz təzyiqə davam gətirə bilmədik. Rəqibin itiriləsi heç nəyi yox idi. Hazırda futbolçulara bu barədə nəsə deməyin əhəmiyyəti yoxdur. Ancaq bunu mütləq analiz edəcəyik.

Bu məğlubiyyətin əvəzi Premyer Liqada çempionluqla ödənilməlidir. Oyunçulara artıq bu barədə bildirmişəm. İndi nə gülmək, nə də ağlamaq zamanı deyil. Vəziyyəti təhlil etmək lazımdır. Artıq bazar günü Premyer Liqada qələbəyə doğru daha bir addım atmaq lazım gələcək”.

Maraqlıdır ki, “Zadəganlar” cari mövsümdə ÇL-də məğlub olmamışdı. Turniri məğlubiyyətsiz tərk edən “Çelsi” İngiltərə çempionatında hazırda turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisini 5 xal qabaqlayır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR