“El-Klasiko” ərəfəsində söz davası başladı...
Bizi izləyin

İdman

“El-Klasiko” ərəfəsində söz davası başladı...

10 gündən sonra bütün dünyanın gözü Kataloniyanın paytaxtına tuşlanacaq. Martın 22-də İspaniya çempionatında qızıl yüklü “El-Klasiko” olacaq. Artıq indidən psixoloji mübarizəyə start verilib.

Publika.az xəbər verir ki, “Barselona”nın forvardı Neymar onun klubunun hücum xəttinin rəqibinkindən üstün olduğunu deyib:

“Biz hədəf seçdiyimiz hər üç turnirdə qalib gəlmək istəyirik. “Barselona” buna qadirdir. Gündən-günə daha yaxşı oynayırıq. Mən, Messi və Suares istənilən rəqibə qorxulu anlar yaşatmağa çalışırıq. Məncə, biz Beyl-Ronaldo-Benzema triosundan daha yaxşıyıq. “El-Klassiko”ya ciddi hazırlaşmalı və yalnız qələbə haqda düşünməliyik”.

Hazırda “Barsa” La Liqada liderdir və ən yaxın izləyicisi “Real”ı 1 xal qabaqlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm