Türkiyə Superliqası Azərbaycanda yayımlanacaq?
Bizi izləyin

İdman

Türkiyə Superliqası Azərbaycanda yayımlanacaq?

Türkiyə Superliqası Azərbaycan teleməkanında yayımlana bilər.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mənbədə qeyd olunur ki, Superliqa matçlarının başda Azərbaycan olmaqla türkdilli dövlətlər və ərəb ölkələrində yayımlanması planlaşdırılır. Burada məqsəd həm yayımdan qazanc əldə etmək, həm də ölkə çempionatının təbliğatıdır.

Qardaş ölkənin futbol federasiyası və klubları təbliğat prosesinin sonrakı mərhələsində isə həmin yerlərdə mağazalar açılmasını, forma satışını nəzərdə tutub.

Qeyd edək ki, bu məsələlərin yaxın vaxtlarda reallaşdırılması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm