“Napoli”, “Sevilya” və “Volfsburq” “dəmiri isti-isti döydü”
Bizi izləyin

İdman

“Napoli”, “Sevilya” və “Volfsburq” “dəmiri isti-isti döydü”

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, futbolsevərlər maraqlı qarşılaşmalar izləyib. Avroliqanın artıq əvvəlki kimi maraqsız olduğunu demək çətindir.

1/16 finalda "Liverpul" səddini uğurla keçən "Beşiktaş"ın bəxtinə nisbətən asan komanda düşdüyü deyilirdi. Amma cari mövsümdə Avropa Liqasında keçirdiyi 10 oyunun heç birində məğlub olmayan "Brügge" uğurlu seriyanı davam etdirdi. Əla formada olan belçikalılar "qara qartallar"ı da əliboş yola saldı. Amma bu cütün taleyinin İstanbulda həll olunacağı dəqiqdi.

İspaniyanın iki təmsilçisi - "Vilyarreal" və "Sevilya"nın qarşılaşması olduqca maraqlı və məhsuldar alındı. La Liqanın turnir cədvəlində "qonşu" olan komandalar azarkeşlərə əsl şou bəxş etdi. Ilk oyunun nəticəsinə görə “Sevilya” 1/4-ə daha yaxın görünür. Amma...

Bu mərhələdə 5 komandayla təmsil olunan İtaliya klublarından da ikisi üz-üzə gəldi. Söhbət A seriyasının nəhəngləri "Fiorentina"yla "Roma"dan gedir. Son zamanlar əla formada olan florensiyalıların "Canavarlar"la ilk dueli “sülh”lə başa çatdı. Vəsiqənin sahibi Romadakı cavab oyununda məlum olacaq.

İtaliyanın digər təmsilçisi "İnter" "Volfsburq"un qonağı oldu. Son zamanlar rəqiblərinə aman verməyən Almaniya klubunun Roberto Mançininin baş məşqçi postuna təyin edilməsindən sonra dirçələn "neradzurra"ya ciddi problem yaradacağı gözlənilirdi. Elə gözlənilən baş verdi. Milanlıların erkən qolu “Canavarlar”I qəzəbləndirdi. Amma “İnter”in baş məşqçisi Roberto Mançini növbəti mərhələ ümidini itirmir.

Avropa Liqası, 1/8 final, ilk oyunlar

12 mart

Zenit - Torino 2:0

Vitsel, 38. Krişito, 53.

Qırmızı vərəqə: Benassi, 28.

Dnepr - Ayaks 1:0

Zozulya, 30.

Volfsburq - İnter 3:1

Naldo, 28. De Bruyne, 63; 76 - Palasio, 6.

Brügge - Beşiktaş 2:1

De Sutter, 62. Rafaelov, 79-p. - Gökhan Törə, 46.

Everton - Dinamo K 2:1

Naysmit, 39. Lukaku, 82-p - Qusev, 14.

Vilyarreal - Sevilya 1:3

Vietto, 48 - Vitolo, 1. Mbia, 26. Qameyro, 50.

Napoli - Dinamo (Moskva) 3:1

İquayn, 25; 31-p; 55 - Kuranyi, 2.

Qırmızı vərəqə: Zobnin, 46.

Fiorentina - Roma 1:1

İliçiç, 17 - Keyta, 77.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm