Arxadan atılan daş jurnalistə dəydi
Bizi izləyin

İdman

Arxadan atılan daş jurnalistə dəydi

Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Belçikada keçirilən "Brügge" - "Beşiktaş" matçından öncə insident baş verib.

Publika.az xəbər verir ki, azarkeşlərlə polislər qarşı-qarşıya gəlib.

İnsident zamanı azarkeşlərdən birinin polisə atmaq istədiyi daş Türkiyənin "İhlas" Xəbər Agentliyinin əməkdaşı Burak Ortahamcıların ayağına tuş gəlib. Sol ayağından ciddi zədə alan Ortahamcılar Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, "Brügge" - "Beşiktaş" matçında meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm