İdman
Şüşə qırıntıları, baş barmaq və kuryoz zədə
"Vest Hem"in aparıcı futbolçularından olan Enner Valensiya kuryoz zədə üzündən "Arsenal"la görüşdə komandasına kömək edə bilməyəcək.
Publika.az xəbər verir ki, 25 yaşlı futbolçu evdə ehtiyatsızlıq edib. Enner çay stəkanını əlindən salıb və şüşə qırıqları onun ayaq barmağını zədələyib. Klubdan verilən rəsmi açıqlamada futbolçunun ayaq barmağına xəstəxana şəraitində tikiş qoyulduğu bildirilib.
Məsələ ilə bağlı açıqlama verən klubun baş məşqçisi Sem Ellerdays bunları deyib: “Xəstəxanada lazımi tədbirlər görülüb, amma hələ ki, şənbə günü keçiriləcək "Arsenal"la görüşdə çıxış etməsi sual altındadır".
Qeyd edək ki, DÇ-2014-dəki parlaq oyunuyla diqqətləri üzərinə çəkən Enner mövsümün əvvəllərində 15 milyon avro qarşılığında "Vest Hem"ə transfer edilmişdi. Cari mövsümdə Premyer Liqada 25 oyuna çıxan ekvadorlu forvard cəmi 4 qol vurub və onun fərqləndiyi matçlardan yalnız birində komandası qalib gəlib.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək