Kral və himn fitə basılsa...
Bizi izləyin

İdman

Kral və himn fitə basılsa...

İspaniya Peşəkar Futbol Liqasının (LFP) prezidenti Xavyer Tebas “Barselona” ilə “Atletik” arasında keçiriləcək İspaniya kubokunun final oyunu ilə bağlı bəyanat verib.

Publika.az xəbər verir ki, prezident final qarşılaşmasında İspaniya himninin fitə basılacağı təqdirdə, oyunun dayandırıla biləcəyini deyib:

“Belə hallar əvvəllər də olub. Bunu ənənəyə çevirmək olmaz. Himn fitə basılacağı təqdirdə oyunu dayandırmaq? Niyə də olmasın? Mən himnin və İspaniya kralının fitə basılmasını yaxşı hal saymıram. Bütün qüvvəmizlə çalışacağıq ki, belə hal baş verməsin”.

İspaniyada kataloniyalıların və baskların final qarşılaşmasında İspaniyanın himninə və krala qarşı hörmətsizlik edəcəyini istisna etmirlər.

Final oyunu mayın 30-da keçiriləcək. Görüşün harda keçiriləcəyi isə hələ müəyyənləşməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm