Camaat Avropaya can atır, biz Tailanda
Bizi izləyin

İdman

Camaat Avropaya can atır, biz Tailanda

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Tailand çempionatında çıxış edəcək.

Publika.az xəbər verir ki, ölkəmizi Asiyada Yelena Parxomenko təmsil edəcək. Təcrübəli blokerimiz Tailand Premyer Liqasında mübarizə aparan ilk azərbaycanlı voleybolçu olacaq.

32 yaşlı Yelena Parxomenko karyerası ərzində "Neftyağ", "Lokomotiv" (Bakı), "Azərreyl", "Padova" (İtaliya), "Azəryol" və "İqtisadçı" klublarının formasını geyinib. Milli komandamızda 142 oyun keçirən voleybolçu 2002-ci ildə "Azərreyl"lə "Top Komandalar Kuboku"nu, 2012-ci ildə "Lokomotiv"lə "Challenge Cup"u qazanıb, 2002, 2003, 2004 və 2005-ci illərdə "Azərreyl"in heyətində Azərbaycan çempionu olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm