İstefa verən prezident danışdı
Bizi izləyin

İdman

İstefa verən prezident danışdı

Azərbaycanın futbol federasiyalarından birində istefa gerçəkləşib. Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev postunu tərk edib. Onun öz istəyi ilə istefa ərizəsini yazdığı bildirilir.

Məsələ ilə bağlı Fazil Qarayevin özü ilə əlaqə saxladıq. Publika.az-a açıqlama verən Fazil bəy öz istəyi ilə getməsini təsdiqlədi:

“Biz keçən il çempionatı istədiyimiz kimi keçirdik. Mən bu vəzifəyə gəldiyimdə söz vermişdim ki, hər şey şəffaf olacaq. Elə də oldu. Sadəcə bu il başqa işlərimə görə tez-tez xarici ölkələrdə oluram, bu da federasiyadakı işə təsir edə bilər deyə öz istəyimlə istefamı verdim və vəzifəmdən ayrıldım. Ortada heç bir problem yoxdur.

Həmçinin çempionatın bu il keçirilməsində vaxt azlığı var. Onun da üstündə işlərlə əlaqədar çox dura bilmirəm. Buna görə də vəzifəmdən istefa verdim”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm