İdmançımız ermənini “kötəklədi”
Bizi izləyin

İdman

İdmançımız ermənini “kötəklədi”

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Uşu-sanda üzrə yeniyetmələr, gənclər və kişilər arasında beynəlxalq turnir keçirilib. Yarışda Abşeron idmançıları da qüvvələrini sınayıblar.

Publika.az xəbər verir ki, yeniyetmələr arasında Natiq Əliyev (20 kq), Amin Əlili (25 kq), Murad İmaməliyev (48 kq) birinci olublar. Gənclərin yarışında Natiq Məmmədzadə ikinci yerə çıxıb.

Uşu-sanda üzrə 4 qat Avrasiya, 2 qat Avropa çempionu Elçin Eminov kişilərin yarışında qızıl medala yiyələnib. O, yarımfinalda erməni idmançısını məğlub edərək finala çıxıb. Avropa çempionu ilə bərabər 70 kiloqram çəki dərəcəsində çıxış edən Allahyar Şabanov da qızıl medal qazanıb. Elvin Eminov isə gümüş medalla kifayətlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm