AFFA “bürünc” veteranı təbrik etdi
Bizi izləyin

İdman

AFFA “bürünc” veteranı təbrik etdi

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, veteran oyunçu Mübariz Zeynalovla görüşüb.

Publika.az xəbər verir ki, 70 illik yubileyi ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından veteran futbolçunu təbrik edən baş katib, yubilyara cansağlığı, uzun ömür arzulayıb.

Qısa xatırlatma

1945-ci il martın 18-də Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından futbola böyük həvəsi olan Zeynalov bu idmanı o zamanların daşlı, qəmbərli küçələrində öyrənib. “Neftçi”nin sabiq futbolçusu Mübariz Zeynalov əfsanəvi 60-cı illər nəslinin nümayəndələrindəndir. Bu gün qızıl “bürünc”lərdən Azərbaycanda yaşayan 4 futbolçudan biri də Zeynalovdur. Yəni 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatını qazanıb. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.

Bəyəndiyi futbol klubu: “Çelsi”

Bəyəndiyi futbolçu: Leonel Messi

Bəyəndiyi milli komanda: Almaniya

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm